Bu gün Milli Paralimpiya Komitəsinin 5-ci hesabat seçki yığıncağı keçirilib. Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunan tədbirdə qurumun rəhbərliyinə yeni seçkilər baş tutub. Səsverməyə əsasən İlqar Rəhimov qurumun prezidenti kimi işini davam etdirəcək. O, növbəti 4 ildə də bu vəzifədə çalışacaq. Natiq Qasımov komitənin birinci vitse-prezidenti, İlham Zəkiyev vitse prezident, Şaiq Həmidov isə baş katib seçiliblər.
Yığıncaqda Milli Paralimpiya Komitəsinin İcraiyyə Komitəsinin və Nəzarət Təftiş Komissiyasının üzvləri də müəyyənləşib.
Orxan Cəfərzadə
- Baxış: 299