KepezTV Player
Gəncədə Vağzalaltı Məhəlləyə piyada gedən sakinlər dəmiryolunun üzərindən keçməklə gedib-gəlir. Onlar relslərin üzərilə hərəkət etməklə bir növ həyatlarını da təhlükəyə atmış olurlar. Baxmayaraq ki, ərazidə 60 metr uzunluğu olan yerüstü keçid var. Körpü-keçiddən imtinaya hərə bir əsas gətirir.
Alidə Hüseynova- sakin: “Körpünün üstündən keçəndə baş hərlənir. Mən cavanam, mənim başım hərlənir, o da qaldı qocalar. Mənə elə gəlir ki, keçəndə baş hərlənib yıxıla bilər, ona görə istifadə etmirik”
Tahir Məmmədov- sakin: “Əvvəllər istifadə etmişəm. Amma indi ayaqlarım ağrıyır deyə çıxammıram. Əslində belə təhlükəlidir”.
Xəyalə Mürsəl
- Baxış: 1296