• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 751
— 03.03.2017 16:17

Daşkəsən rayonunda Vergi Məcəlləsinə edilən dəyişiklik və sabit məbləğdən istifadə qaydaları barədə maarifləndirici görüş keçirilib

KepezTV Player

12 saylı Ərazi Vergilər Departamentinin nümayəndələri Daşkəsən rayonunda Vergi Məcəlləsinə edilən dəyişiklik və sabit məbləğdən istifadə qaydaları barədə maarifləndirici görüş keçirib. Məqsəd yeniliklərlə bağlı yerli bələdiyyə orqanlarını ətraflı məlumatlandırmaq və öz növbəsində bələdiyyələr ərazilərində fəaliyyət göstərən vergi ödəyicilərini dəyişikliklər barədə agah etməkdir. Bununla yanaşı, sabit məbləğin tətbiqi və vergi borclarının tənzimlənməsi qaydaları da iştirakçılara izah edilib. Buna qədər Goranboy, Naftalan, Göygöl və Samuxda yerli bələdiyyələr Vergi Məcəlləsindən irəli gələn tələblər barədə məlumatlandırılıblar.

Elxan İsmayılov- Əmirvar kənd bələdiyyəsinin sədri: “Vergi sistemində olan dəyişikliklərlə bağlı bizə tam məlumat verildi. Mən hesab edirəm ki, bundan sonra biz də yerli əhaliyə bizə deyilənləri çatdıracağıq. Və istəyirəm ki, belə tədbirlər mütəmadi olaraq bizim rayonda təşkil olunsun”.

Rauf Mirzəyev - 12 saylı Ərazi Vergilər Departamentinin idarə direktoru: “İnanıram ki, gələcəkdə bu işlərin nəticəsi olacaq. Və Daşkəsən rayonu üzrə də sabit məbləğlə əlaqədar vergi ödəyiciləri müraciət edəcək. Həmçinin vergi borcların silinməsi ilə bağlı da məlumat verdik. Belə ki, hal-hazırda mart ayı üçün vergi ödəyiciləri tərəfindən maliyyə sanksiyalarının 70 faizi ödənildiyi halda, qalan 30 faizinin silinməsi təmin ediləcək”.

Elton Cabbarlı