• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2062
— 03.03.2017 16:16

İllinoys Universitetinin professoru ADAU-da ustad dərsləri keçir

Amerika Birləşmiş Ştatlarının İllinoys Universitetinin professoru Məhəmməd Babadost Azərbaycan Dövlət Aqrar Universitetində ustad dərsləri keçir. "Tədqiqatın əsası - statistika" adlı ilk dinləmələrə Aqronomluq fakültəsinin yuxarı kurs tələbələri, magistr, doktorant və gənc müəllimlər qatılıb. Hələlik auditoriyalarda aparılan mühazirələr tezliklə istixanalarda fermer və kəndlilərin iştirakıyla təcrübi əsaslarla davam etdiriləcək. 

Məhəmməd Babadost- ABŞ-ın İllinoys Universitetinin professoru: “Tədris, tədqiqat, istehsal başqa-başqa yerlərdə aparılır. Bunların bir- biri ilə əlaqələri mükəmməl deyil. Bu isə kənd təsərrüfatının, eləcə də bitkiçiliyin inkişafına, keyfiyyətin yüksəlməsinə mane olur. Bu üç funksiya birgə çalışmalıdır və əsası universitetlə bağlanmalıdır ki, nailiyyətlər əldə edilsin”.

Xəyalə Mürsəl