• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 724
— 03.03.2017 14:19

Silsilə oğurluq törədən şəxs ifşa edildi

KepezTV Player

Binəqədi Rayon Polis İdarəsinin növbətçi hissəsinə Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən kafelərdən birindən fevralın 22-də 300 manat dəyərində mobil telefon oğurlanması barədə məlumat daxil olub. Dərhal araşdırmalara başlayan əməliyyatçılar cinayəti törətməkdə şübhəli bilinən əslən Laçın rayonundan olan, hazırda isə paytaxtın Binəqədi rayonunda yaşayan 43 yaşlı Bəhram Mehralıyevi saxlayıblar. Araşdırma zamanı məlum olub ki, o, 2016-cı il ərzində Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindən ayrı- ayrı vaxtlarda 3 dəfə də oğurluq edib. Mehralıyev eyni əməlinə görə, əvvəllər 8 il həbsdə olub. Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam edir.

Zülfiyyə Telmanqızı