• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2328
— 02.03.2017 18:58

ANAMA-nın mütəxəssisləri Cocuq Mərcanlı kəndində dörd evə baxış keçiriblər

KepezTV Player

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində dörd evə baxış keçiriblər. Baxış zamanı 531 qəlpə, tank əleyhinə iki “TM-57” minası aşkar edilib. Gün ərzində 32 min 207 kvadratmetr ərazi yoxlanılıb. Agentlikdən verilən məlumata görə, 27 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 113 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. Doqquz partlamamış hərbi sursat, 3 ədəd piyada əleyhinə “OZM-72” minası və 28 ədəd tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 805 min 424 kvadratmetr ərazi yoxlanılıb. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Zülfiyyə Telmanqızı