• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 995
— 02.03.2017 14:43

Gəncədə son tamamlanma işləri aparılan təhsil ocaqları yaxın zamanlarda istifadəyə veriləcək

KepezTV Player

Gəncədə daha bir uşaq bağçası tikilir, internat tipli gimnaziya və 2 saylı peşə məktəbi isə əsaslı şəkildə təmir olunur. Hazırda son tamamlanma işləri aparılan təhsil ocaqlarının yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulur.

280 şagirdin 6 ixtisas üzrə təhsil alacağı 2 saylı peşə məktəbinin binasında ötən ildən aparılan təmir işləri tam yekunlaşıb. Sinif otaqları, laboratoriyalar yeni invertarlarla təmin olunub. Qazanxana, yeməkxana və idman zalı da istismara hazırdır. 

56 ildir istifadədə olan Gəncə şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya və 3 mərtəbəli yataqxanasında isə yenidənqurma işləri davam edir. Təhsil ocağının yataqxanasında məskunlaşan məcburi köçkünlərin mənzil təminatı həll edildiyindən bina müasir tərtibatla təmir edilir. Burada 160 şagirdin qalması üçün yataq və istirahət otaqları, yeməkxana yenidən qurulub. 250 şagird yerlik olan gimnaziyada 140 şagird 9 illik təhsil bazası üzrə təhsilini davam etdirir.

Rövşən Axundov- iş icraçısı: “Binanın dam örtüyü dəyişib, yeni qazanxana sistemi qurulub standarta uyğun olaraq. Rəngsazlar tərəfindən son tamamlanma işləri aparılır. Yaxın aylarda binanı çalışacağıq ki, təhvil verək. Bundan əlavə şirkətimiz tərəfindən şəhərin 44 nömrəli uşaq bağçasında da aparılan əsaslı təmir işlərimiz gedir. Ora da yaxın zamanlarda tamamlanacaq”.

Şəhərin Yeni Gəncə yaşayış massivində isə yeni 140 uşağın təlim və tərbiyə aldığı 44 nömrəli uşaq bağçasında da təmir- bərpa işləri davam etdirilir. 4 korpusdan ibarət olan binanın dam örtüyü yenilənib, daxili tərtibat işləri aparılır. Binaya istilik sistemi çəkilib, qapı və pəncərələr dəyişdirilib. Həyətyanı sahədə istirahət və əyləncə guşələrinin yaradılması, yaşıllıqların salınması istiqamətində iş gedir.

Xaliq Qurbanlı