• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1679
— 02.03.2017 13:28

Üzünü örtüb oğurluq etdi

KepezTV Player

Paytaxtın Pirallahı rayonu Səməd Vurğun küçəsindəki lombardlardan birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs dam örtüyünü sökməklə obyektə girib, bu zaman orada müşahidə kamerasının olduğunu gördükdə üzünü parça ilə gizlədib. Daha sonra isə dəmir linglə kameranı qırmağa çalışıb. Üzünü bağlayan "qəhrəman" lombarddan 2 min manat pul və 4 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Zərərçəkmiş obyekt sahibi hadisədən səhər işə gələrkən xəbər tutub və dərhal rayon polis idarəsinə məlumat verib. Fakt araşdırılır.

 

Zülfiyyə Telmanqızı