• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2139
— 02.03.2017 12:23

Şəmkirdə qadına qarşı soyğunçuluq edilib

KepezTV Player

Əvvəllər məhkum olunmuş Şəmkir sakini Ülfət Vəliyev və Yevlax rayon sakini Zaur Qocayev ticarət mərkəzlərindən birində Təzəkənd kənd sakini Gülsüm Məmmədovaya zor tətbiq edərək içərisində 50 manat olan pul kisəsini alıblar. Bu zaman yaxınlıqda olan iki polis əməkdaşı onları saxlayarkən Zaur Qocayev polis əməkdaşlarından birinin əlinə bıçaqla xəsarət yetirib. O, saxlanılaraq RPŞ-yə təhvil verilib, digər şəxsin tutulması üçün tədbirlər görülür. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı