• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2335
— 02.03.2017 12:59

Roma derbisini “Latsio” qazandı

Futbol üzrə İtaliya kubokunun yarımfinal mərhələsi davam edir. İkinci yarımfinal oyununda Roma derbisi olub. Paytaxtın Olimpiya stadionunda “Latsio” və “Roma” münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşma nominal meydan sahiblərinin - “Latsio”nun qələbəsiylə nəticələnib. Simone İnzaqinin yetirmələri cavab oyunundan öncə sərfəli sayılan 2:0 hesablı qələbəyə seviniblər. Sergey Saviç və Çiro İmmobilenin qolları ağ-mavilərə qalibiyyət gətirib. Yarımfinalın cavab oyunu aprelin 5-də keçiriləcək.

İtaliya kuboku, yarımfinal, ilk oyun

1 mart

Latsio - Roma 2:0

Qol: Milinkoviç-Saviç, 30. İmmobile, 78.

Azad Rəfi