Martın 9-da İranın Əhvaz şəhərində start götürəcək 2-ci Beynəlxalq Fəcr Kuboku üçün Azərbaycan ağırlıqqaldırma yığmasının heyəti açıqlanıb. Turnirdə ölkəmizi 7 çəki dərəcəsi üzrə 8 idmançısı təmsil edəcək. Yarışdakı heyətdə Ruslan Rzazadə (56 kq), Allahyar Abışov (62 kq), Sabit Bayramov (69 kq), Orxan Zeynalov və Kənan Əliquliyev (hər ikisi 77 kq), Sənan Mirzəyev (85 kq), Xəlil Gəraylı (105 kq) və Asxab Kolayev (+105 kq) yer alıb. Fəcr Kuboku martın 14-dək davam edəcək.
Orxan Cəfərzadə
- Baxış: 260