• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3128
— 01.03.2017 15:06

Azərbaycanla Gürcüstan arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə daha bir addım atılıb

KepezTV Player

Azərbaycanla Gürcüstan arasında əlaqələrin daha da inkişaf etdirilməsi və sərhəd-keçid məntəqələrinin işinin asanlaşdırılması istiqamətində daha bir addım atılıb. Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin inkişaf proqramına uyğun olaraq keçid məntəqələri vasitəsiylə insanların, o cümlədən malların qanuni daşınması və keçməsi prosesini asanlaşdıracaq, regionda ticarətin genişləndirilməsinə yardım edəcək. “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd keçid məntəqəsinin inkşafına dəstək” layihəsinin idarəetmə Komitəsinin Qırmızı Körpü sərhəd keçid məntəqəsində baş tutan iclasında 9 ha ərazidə istifadəyə veriləcək yeni terminalın malların gömrük rəsmiləşdirilməsi, lazım gəldiyi halda yüklərin boşaldılması, yoxlanılmasına xidmət edəcəyinə kömək olacağına diqqət çəkilib.

Fərid Mehdizadə