Ötən il Gəncədə 2006 cütlük nikaha daxil olub ki, bunlardanda 3598 nəfəri nikahöncəsi tibbi müayinələrdən keçib. HİV, siflis və talassemiya xəstəliyinə qarşı müayinə olunan cütlüklərdən 207 nəfərinin talassemiya xəstəliyinin daşıyıcısı olduğu aşkar olunub. Bundan başqa 12 nəfərdə talassemiya xəstəliyi, 18 nəfərdə siflis, 3 nəfərdə isə QİÇS aşkar edilib. Bu ilin yanvar ayı ərzində isə Mərkəzi Qan Bankının Gəncə bölməsində nikaha daxil olmaq istəyən 122 nəfər müayinə olunub ki, onlardan 1 nəfərində siflis xəstəliyi, bir nəfərinin isə talassemiya xəstəliyinin daşıyıcısı olduğu müəyyən olunub. Tibbi yoxlamadan keçən 1 nəfərin isə İİV virusuna yoluxduğu aşkarlanıb. Ötən il nikah bağlayan 2006 cütlükdən 733-ü bu və ya digər səbəblərdən nikahlarını qarşılıqlı olaraq pozub.
Tahirə Məmmədova -Mərkəzi Qan Bankının Gəncə bölməsinin müdiri: “Nikaha daxil olanların tibbi müayinəsi dövlət proqramıdır. Bu başlayıb 2011-ci ilin iyul ayından. Həmin vaxtdan başlayaraq mütəmadi olaraq tibbi müayinədən keçməmiş nikaha daxil olmağa icazə verilmir. Cütlüklərin buna böyük həvəsi var. Onlar bunu elmi cəhətdən qiymətləndirir. Onlar başa düşür ki, bu insanların sağlam gələcəyi üçün olan dövlət proqramıdır”.
Elton Cabbarlı
- Baxış: 998