• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2251
— 01.03.2017 15:43

Goranboy əhalisi icbari dispanserizasiyaya cəlb edilib

KepezTV Player

Fevralın 15-dən etibarən Goranboyda da əhali icbari dispanserizasiyaya cəlb edilib. Rayonun Dəliməmmədli şəhərində tibbi müayinələrin aparılması üçün xəstəxana zəruri avadanlıq və tibbi vasitələrlə təmin edilib. 

Aksiya zamanı hipertoniya, xroniki qastrit, bronxit xəstəliyinə daha çox rast gəlinib. Tibbi müayinələr zamanı 15 nəfər Bakı xəstəxanalarına göndərilib, 50 nəfər isə stasionara yerləşdirilib. 

Natiq Kərimov- Dəliməmmədli şəhər xəstəxanasının həkimi: “Xəstəxanaya müraciət edə bilməyən və ya sağlamlıq imkanları məhdud olan xəstələr ev şəraitində müayinəyə cəlb olunur. Laboratoriyanın işçiləri tərəfindən lazım olan analizlər götürülür. Bunu əsasında həkimlərimiz tərəfindən müalicə təyin olunur, lazım gəldikdə isə xəstəxanada həmin xəstələrin müalicəsi təmin olunur”.

Özlərinin və yaxınlarının sağlamlığını qorumaq məqsədilə tibbi aksiyada iştirak edənlər əhalinin icbari dispanserizasiyasının yüksək qiymətləndiriblər.

Mətanət Bayramova- aksiya iştirakçısı: “Uşağımı müayinəyə gətirdim. Appendisit çıxdı, dərhal əməliyyat olundu oğlum, sağolsun həkimlərimizi, əməliyyat uğurla başa çatdı, indi yaxşıdır balam”.

Könül Ağazadə- aksiya iştirakçısı: “Uşağımızı gətirimişik müayinəyə, prezidentimizn qərarıdır, indi yoxlamaya salacam. Əslində yaxşı tədbirdi, elə özümüz də müayinə olunacağıq xəstəliklərə qarşı”.

Rövşən Məhərrəmli- aksiya iştirakçısı: “Sağlamlıq sərvətdir insandan ötrü, həkim müqəddəsdir qanandan ötrü, dünyada hamımız sağ candan ötrü, biz sizə borcluyuq, əziz həkimlər. Bizlərin sağlamlığının keşiyində dayanan bizləri böyüdən, gələcəyə sağlam bir nəsil yetişdirən həkimlərimiz var olsun”.

Dəliməmmədli şəhər xəstəxanası 5 minə yaxın əhaliyə və ətrafdakı 30-a yaxın kəndin sakininə xidmət göstərir. 

 

Xaliq Qurbanlı