• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1407
— 01.03.2017 12:54

Mario Götze Bakıya gəlmir?

Futbol üzrə Almaniya yığmasının aparıcı futbolçularından biri olan Mario Götse Azərbaycan millisi ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçını buraxa bilər. Buna səbəb Dortmund "Borussiya"sında çıxış edən yarımmüdafiəçinin zədələnməsidir.

Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bundestimin baş məşqçisi Yoahim Löv Bakıya gətirəcəyi heyəti oyundan 10 gün öncə açıqlayacaq. 

 

Azad Rəfi