• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1451
— 01.03.2017 13:10

Liderlər üçün uğursuz tur

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub. İkinci oyun gününün ilk qarşılaşmasında lider "Qəbələ" səfərdə "Kəpəz"in qonağı olub. İlk dəqiqələrindən meydan sahibləri təhlükəli hücumlar reallaşdıraraq qol vurmağa daha çox can atıblar. Sarı-göylər istəklərinə 36-cı dəqiqədə çatıblar. Cərimə meydançasında yaranan qarışıqlıqdan maksimum yararlanan Şəhriyar Rəhimov hesabı komandasının xeyrinə dəyişib. Qoldan 2 dəqiqədə sonra hər iki kollektiv meydanda azlıqda qalıb. Yarımmüdafiəçilər Nicat Qurbanov və Nika Kvekveskiri arasında yaranan xoşagəlməz hadisə nəticəsində hər iki oyunçu qırmızı vərəqə alaraq meydandan qovulub. Bu hesabla barışmayan qonaqlar ikinci yarının əvvəlində bərabərliyi təmin ediblər.  54-cü dəqiqədə avtoqola imza atan Renan da Silva status-kvonun bərpa olunmasına şərait yaradıb. Bu qol həm də qarşılaşmanın yekun hesabı olub. "Kəpəz" 1- "Qəbələ" 1 

Günün digər oyununda “Qarabağ” öz meydanında “İnter”i qəbul edib və 0:1 hesabı ilə uduzub.

 

Azərbaycan Premyer Liqası

XX tur

28 fevral (çərşənbə axşamı)

 


“Kəpəz” – “Qəbələ” - 1:1

Qollar: Şəhriyar Rəhimov, 36 - Renan Silva, 54 (avtoqol)

Qırmızı vərəqələr: Nicat Qurbanov, 38 - Nika Kvekveskiri, 38

Mövsümün ilk iki oyunu: 0:2, 1:2

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şahin Cəfərov 

Gəncə şəhər stadionu

 

“Qarabağ” – “İnter” - 0:1

Qol: Zurab Xizanişvli, 72

Mövsümün ilk iki oyunu: 1:2, 0:0

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov

“Azərsun Arena”


 

1.

Qəbələ

20

12

7

1

39-11

43

2.

Qarabağ

20

13

3

4

32-11

42

3.

İnter

20

9

9

2

31-19

36

4.

Zirə

20

7

5

8

18-21

26

5.

Sumqayıt

20

6

7

7

20-24

25

6.

Neftçi

20

6

2

12

15-33

20

7.

Kəpəz

20

3

8

9

13-23

17

8.

 AZAL

20

1

5

14

8-34

8


Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 11.

 

Orxan Cəfərzadə