• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1880
— 01.03.2017 12:43

Maskalılar 72 yaşlı kişini döyərək öldürdülər

KepezTV Player

Fevralın 9-u Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şabanov küçəsi ev 32-də yaşayan 72 yaşlı Yavər Əliyevin yaşadığı evə 3 nəfər maskalı şəxs basqın edib. Basqınçılar evdə tək olan Yavər Əliyevin əl-qolunu bağlayaraq ondan pul və qızılın yerini soruşublar. Ev sahibi pulunun olmadığını deyəndə maskalı şəxslər ahıl kişini huşunu itirənədək döyüb və evi əliboş tərk ediblər. Yavər Əliyev qohumları tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, 72 yaşlı Yavər Əliyev zərgərliklə məşğul olub. Hadisəni törədən 3 nəfər maskalı şəxsin axtarışları hələ də davam edir. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanıb.

 

Zülfiyyə Telmanqızı