• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1708
— 01.03.2017 00:56

Goranboyda avtomobil ağaca çırpılıb, 6 nəfər yaralanıb

KepezTV Player

Goranboyda ağır yol qəzası baş verib. Dəliməmmədli şəhərin də rayonun Quşçular kənd sakini  32 yaşlı Xəyal Mustafayev idarə etdiyi “Mersedes” markalı avtomobillə  hərəkətdə olarkən idarə etməni itirib və maşını yolun kənarında olan ağaca çırpıb. Qəza zamanı avtomobildə olan Quşçular kənd sakini 32 yaşlı Esmira Tağıyeva, 21 yaşlı Əfsanə İbrahimova,  28 yaşlı İlahə Mustafayeva və 2 az yaşlı müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Yaralılara tibbi yardım göstərilib, Xəyal Mustafayev və  Esmira Tağıyevanın vəziyyəti ağır olduğundan şəhərin özəl xəstəxanalarından birinə göndərilib. Az yaşlılar isə şəhərin 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Məharət Kərimov həkim – Şöbəyə Dəliməmmədli şəhərində avtomobil qəzası nəticəsində xəsarət alaraq 4 nəfər böyük, 2 nəfər isə uşaq gətirilmişdi. Xəstələrin ümumi vəziyyəti ilə əlaqədar olaraq iki nəfər travmatologiya şöbəsinə, iki nəfər isə reanimasi şöbəsinə daxil olub. İki nəfərin vəziyyətini orta ağır qiymətləndirmək olar. Bir nəfərdə sol körpücük sümüyünün və sağ baldır sümüklərinin sınığı, o birində isə bel oma nahiyyəsinin əzniyi, aşağı ətrafların əzilmiş siyrılmış yaraları var.

Elnur Vahidoğlu