Qarabörk kəndində yerləşən Şirvan Təcrübə İdarəsində məskunlaşmış məcburi köçkün Bəsti Mustafayevanın tövləsindən 6 baş iri buynuzlu heyvanın oğurlanması barədə rayon polis şöbəsinə zərərçəkmiş tərəfindən məlumat verilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qulabənd kənd sakinləri, 17 yaşlı Sakit Məmmədov, 24 yaşlı Həbib Qasımov, 23 yaşlı Xəyal Məmmədov və 22 yaşlı Yusif Məmmədov heyvanları qonşu Göyçay rayonunda yerləşən bazarda satarkən saxlanılıblar. İlkin dindirmə zamanı cinayət əməllərini etiraf edən şəxslər maddi tələbatlarını ödəmək üçün oğurluq etdiklərini deyirlər. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 434