• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2010
— 28.02.2017 14:12

Azərbaycan akrobatları Ukraynanın Vinnitsa şəhərində keçirilən beynəlxalq turnirdə 3 medal qazanıblar

Medallardan birini 13 - 19 yaş kateqoriyasında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük əldə edib. Onlar çoxnövçülükdə bütün rəqiblərini üstələyiblər. Eyni yaş kateqoriyasında mübarizə aparan Ağasif Rəhimov və Nurcan Cabbarlıdan ibarət digər qarışıq cütlük  bürünc medala yiyələnib. Beynəlxalq arenada debüt edən 12 - 18 yaş qrupunda Emiliya Nəzərli, Raziyə Seyidli və Ləman Məmmədova da turniri medalsız tərk etməyiblər. Onlar çoxnöxçülükdə bürünc medala sahib olublar.

 

Orxan Cəfərzadə