• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 771
— 28.02.2017 10:59

Derbidə sevinən tərəf "Beşiktaş oldu

Türkiyə Super Liqasında 22-ci tura yekun vurulub. Turun mərkəzi oyunu “Qalatasaray” və lider “Beşiktaş” komandaları arasında baş tutub. Oyuna hücumlarla başlayan cim-bomdan Yasin Öztəkinin yerdə qaldığı epizodda hakim öncə penalti nöqtəsini göstərsə də sonradan fərqli addım ataraq qərarını dəyişib. Bir qədər sonra Lukas Podolskinin uzaqdan zərbəsi rəqib qapıçı üçün çətinlik yaratmayıb. İkinci hissənin əvvəlində qonaqlar hesabı açıb. Anderson Taliska özünə qarşı qayda pozuntusuna görə təyin olunan cərimə zərbəsindən fərqlənib. Daha doğrusu onun qapıya doğru zərbəsi canlı səddə yer alan futbolçuya dəyərək Musleranı çaşdırıb. Qalan vaxtda Qalatasaray hesabı bərabərləşdirmək üçün bütün gücünü ortaya qoyub. Ən real qol vəziyyətində cərimə meydançasında nəzarətsiz qalan Podolski çərçivəni dəqiq nişan ala bilməyib. Beləliklə səfərdə minimal hesabla qalib gələn "qara qartallar" "cim-bom"la xal fərqini artıraraq 50 xalla turnir cədvəlində rəqibləri üçün əlçatmaz olub. 

 

Türkiyə Super Liqası

XXII tur

 

27 fevral

“Qalatasaray” – “Beşiktaş” - 0:1

Qol: Talişka, 47

 

Turnir cədvəli

1.

Beşiktaş

22

15

5

2

44:18

50

2.

Başakşehər

22

13

7

2

38:16

46

3.

Qalatasaray

22

12

4

6

40:22

40

4.

Fənərbaxça

22

10

8

4

40:20

38

5.

Antalyaspor

22

10

5

7

25:26

35

6.

Trabzonspor

22

9

5

8

21:22

32

7.

Osmanlıspor

22

7

9

6

28:24

30

8.

Karabükspor

22

9

3

10

25:29

30

9.

Konyaspor

22

7

8

7

25:27

29

10.

Kasımpaşa

22

8

4

10

29:29

28

11.

Bursaspor

22

8

4

10

22:28

28

12.

Akhisar

22

7

6

9

16:27

27

13.

Gənclərbirliyi

21

6

8

7

19:20

26

14.

Alanyaspor

22

7

4

11

33:41

25

15.

Kayserispor

22

7

4

11

26:35

25

16.

Rizəspor

22

5

5

12

23:37

20

17.

Adanaspor

22

4

5

13

21:36

17

18.

Qaziantepspor

21

4

4

13

17:35

16

 

 

Orxan Cəfərzadə