Hacıqabul və Goranboyda ağır yol qəzalaı baş verib. Sükan arxasına keçib yola düzələnlər buna peşman olublar.
Hacıqabulda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax avtomagistralının 113-cü kilometrliyində qeydə alınıb. “Chevrolet Niva” markalı avtomobilin sürücüsü sərt döngədə idarəetməni itirib və maşın yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan Bakı sakinləri 40 yaşlı Allahverdi Behbudov, 39 yaşlı Elnur Bayramov və 20 yaşlı Rahid Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıblar. Onlara lazımi tibbi yardım göstərilib və paytaxtdakı tibb müəssisələrindən biinə göndəriliblər.
Bakı-Qazax magistralının Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində də yol qəzası qeydə alınıb. “Ford” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində Ağcakənd kənd sakini 55 yaşlı Elbəy Ağayev ağır bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım maşını ilə Gəncə şəhər TTYX-ya aparılıb.
Faktlarla bağlı araşdırma aparılır.
- Baxış: 553