• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1773
— 27.02.2017 23:48

Yol qəzaları ağır nəticələndi

KepezTV Player

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. H.Z.Tağıyev qəsəbə sakini Emil Rzayev yüksək sürətlə idarə etdiyi “BMW” markalı avtomobili aşırıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsisi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər. Onların səyi nəticəsində dünyasını dəyişən sürücünün meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xəsarət alan sərnişin Hafiz Rzayev isə xəstəxanaya yerləşdirilib. 

Cəlilabadda isə 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Astara istiqamətində hərəkətdə olan, Maşlıq kənd sakini Nazim Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil qarşı tərəfdən gələn benzin daşıyan yük avtomobili ilə toqquşub. Nəticədə sürücü daxil olmaqla minik maşınında olan sərnişinlər - Ceyhun, Könül və İradə Nəsirovalar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktlar araşdırılır.