• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1121
— 27.02.2017 23:50

Boğazında həb qalan 3 yaşlı uşaq öldü

KepezTV Player

Astarada boğazında həb qalan 3 yaşlı körpə boğularaq ölüb.  Bədbəxt hadisə Artopa kəndində baş verib. Seyidəzim Ağayev nəvəsi üçün aptekdən soyuqdəyməyə qarşı dərman alıb. Evə gələn baba həbləri uşağın anasına verib. Qadın onlardan birini götürərək 3 yaşlı qızı Həlimənin ağzına qoyub. Dərmanı udmaq istəyən körpə anidən boğulmağa başlayıb. Ana uşağa su içirtsə də, bu fayda verməyib. Uşağın nəfəs borusuna düşən dərmanı oradan çıxarmaq mümkün olmayıb. Körpənin boğulduğunu görən baba azyaşlını Astara Mərkəzi rayon Xəstəxanasına çatdırıb, həkimlərin səyinə baxmayaraq balaca qızcığazın həyatını xilas etmək mümkün olmayıb. Körpənin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.