• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 955
— 27.02.2017 23:49

Dostlardan ibarət dəstə mağazaya qənim kəsildi

KepezTV Player

Yaşadığımız həyatda hər insan övladının həmin həyatı yaşamaq üçün bir baxış bucağı var. Kimi həyatını anına görə dəyərləndirir, kimi öz həyatını buraxıb, başqalarının həyatı ilə maraqlanmaqla keçirir günləri, bir sözlə, var həyatı yaşayanlar, var yaşayanlara baxanlar. Amma bir də bu həyatı plan qurmaqla yaşayanlar da var, yəni, özünü ağıllı hesab edənlər. Əslində ağıllı olanlar isə sabahkı günün hakimi olmadığımız halda, bütün ömrümüz üçün plan qurmağı axmaqlıq hesab ediblər. Yaşadıqca, yaşlandıqca əslində həmin fikrin hər iki mənada düzgün olduğunun fərqinə varırıq. Onlar da plan qurmaqla əllərinin pula çatacaqlarını güman etdilər, amma haramdan keçən bütün gümanlar kimi sonu iflas və ifşa oldu...

Daxili İşlər Nazirliyinin ''102'' xidmətindən Abşeron RPİ-nə Masazır qəsəbəsində ''Qurtuluş-93'' yaşayış kompleksində ərzaq mağazalarından birindən oğurluq edilməsi ilə bağlı məlumat daxil olub. Rayon polis idarəsinin əməliyyatçıları dərhal hadisə yerinə baxış keçiriblər. Zərərçəkmiş mağaza sahibi Ceyhun Xankişinin ifadəsi zamanı məlum olub ki, cinayətkarlar obyektin arxa pəncərəsini sındırmaqla içəri daxil olublar və ordan 1500 manat pul, 200 manatlıq danışıq kartları oğurlayıblar. Əməliyyatçılar çox çəkməyib ki, oğurluqda şübhəli bilinən Ceyhun Kərimov, Bəhruz Əlizadə və Zamin Hüseynovu saxlayıblar. Dəstə üzvləri dindirmə zamanı törətdikləri əməli etiraf ediblər. Araşdırma zamanı məlum olub ki, saxlanılanlardan Bəhruz Əlizadə əvvəllər həmin mağazada satıcı işləyib.

Ceyhum Kərimov narkotik maddə aludəçisidir və polis idarəsində üzərindən narkotik vasitə də aşkar edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
 

Zülfiyyə Telmanqızı