• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1967
— 27.02.2017 20:05

"Kəpəz" "Qəbələ"ylə oyunöncəsi son məşqə çıxdı

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun oyunları çərçivəsində Gəncə “Kəpəz” klubu doğma divarlar arasında meydana çıxacaq. “Sarı-göylər” çempionatın lideri “Qəbələ”ni qəbul edəcək. Nizami yurdunun təmsilçisi bu rəqibə qarşı oyuna hazırlığın əsas hissəsini Bakıda keçirib. Yalnız bu gün Gəncəyə gələn komanda matçın keçiriləcəyi şəhər stadionunda son məşqinə çıxıb. Dağlıların heyətində oyunöncəsi yalnız bir itki var. Tural Nərimanov zədə səbəbindən qarşıdakı görüşdə komandasına kömək edə bilməyəcək. Sonda qeyd edək ki, “Kəpəz” – “Qəbələ” oyunu sabah saat 15:00-da başlayacaq. Görüşü FİFA hakimi Əliyar Ağayev idarə edəcək. 

Şahin Diniyev- “Kəpəz”in baş məşqçisi: "Həqiqətən çətin oyun olacaq, son zamanlar asan görüşlərimiz yoxdu. Komandanın gücünə nisbətən hər oyuna maksimum yanaşmalıyıq. "Qəbələ" Qarabağla qələbəsindən sonra turnir cədvəlinin birinci pilləsində gedir. Mənə elə gəlir ki, bizi maraqlı və çətin bir oyun gözləyir. "Kəpəz" bu çətin qarşılaşmaya hazırdır. Hər oyuna hazırlaşdığımız kimi məşq etmişik. Sadəcə taktiki cəhətdən bir az dəyişikliklər olacaq".

Azad Rəfi