• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 27.02.2017 15:08

Şəmkirdə nəqliyyatçılar qan verib

KepezTV Player

Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramından irəli gələrək Şəmkirdə növbəti qanvermə aksiyası keçirilib. Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Şəmkir Regional şöbəsinin və 10 saylı Regional Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları, eləcə də ictimai nəqliyyat vasitələrinin sürücüləri donor olub. Səhhəti imkan verən 50-ə yaxın nəqliyyatçıdan hər birindən 250 qram olmaqla qan götürülüb. Götürülən qan bölgədə və ölkədə hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlar üçün tədarük edilib.

Əli İsmayılov- aksiya iştirakçısı: “Bu gün bir vətəndaş kimi bu qanvermə aksiyasında iştirak etdim. Bizim hər birimizin vətəndaşlıq borcumuzdur irsi qan xəstəliyindən əziyyət çəkənlərə yardım etmək. Belə tədbirlərimiz davamlı olacaq”.

Qafar Qarayev- aksiya iştirakçısı: “Qan vermək özü bir xeyriyyə aksiyasıdır. Mən də xoşbəxtəm ki, bu gün belə bir aksiyada iştirak edirəm. Bundan sonra da bu cür aksiyalarda iştirak etməyə hazıram”.

Natiq Hüseyn