• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1411
— 27.02.2017 13:52

Polis qanunsuz silah saxlayanlara qarşı növbəti əməliyyat keçirib

KepezTV Player

Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə polis orqanları tərəfindən Sabunçu rayonunun Bakıxanov qəsəbəsində növbəti əməliyyat tədbiri həyata keçirilib. Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinə paytaxt sakini əvvəllər dəfələrlə məhkum olunmuş Camal Bədirovda odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə Camal Bədirov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman qundağı kəsilmiş "AK-74" markalı avtomat silahı, 10 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.