• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1465
— 27.02.2017 13:48

Futbol üzrə Almaniya Bundesliqasında 22-ci turun oyunları keçirilib

Son 3 turda yalnız bir qələbə qazana bilən lider “Bavariya” Alyans Arenada aşağı pillələrdə qərarlaşmış “Hamburq”la qarşılaşıb. Münhen klubu əvvəlki günlərindən çox uzaqda olan "dinozavrlar"ın daşını daş üstə qoymayıb. “Bavariya” 8:0 hesablı darmadağına qalib gəlib. Arturo Vidal. David Alaba və Aryen Robbenin hərəyə bir dəfə fərqləndiyi oyunda Robert Levandovski het-trik edib, Kinqsli Koman dubl edib. Xatırladaq ki, 2 il öncə meydan sahibləri rəqibini eyni hesabla məğlub etmişdi.

"Bavariya"nın ən yaxın izləyicisi "Leyptsiq" də qələbə qazanıb. "Öküzlər" "Köln"ü 3:1 hesabıyla məğlubiyyətə uğradıb. Emil Forsberqin erkən qolu ilə hesabı açan debütant fasiləyə kimi avtoqolla üstünlüyünü möhkəmləndirib. Qonaqlardan Diminik Marox topu öz qapısına vurub. İkinci hissənin əvvəlində Köln futbolçuları hesab arasındakə fərqi azaldıblar. Yuya Osako fərqlənib. Amma az sonra Timo Vernerin dəqiq zərbə ilə komandasının iki topluq üstünlüyü bərpa edib.  Bu qələbə ilə xallarının sayını 48-ə çatdıran "Leyptsiq" “Bavariya”dan 5 xal geri qalır.

Bu iki komandanın əsas təqibçisi rolunda çıxış edən Dortmund "Borussiya"sı isə səfərdə "Frayburq" ilə görüşü və rəqibindən üstün olub. İlk yarıda Sokratis Papasta topulos ilə sükutu pozan dortmundlular fasilədən sonra ev sahiblərinin qapısına daha iki dəfə yol tapblar. Hər iki qola komandanın vuran ayağı Pyer Emerik Aubameyanq imza atıb.  3:0. 

Almaniya Bundesliqası

XXII tur

 

 “Volfsburq” – “Verder” - 1:2

Qollar: Mayoral, 19 - Qnabri, 10, 18

 

 “Bayer” – “Maynts” - 0:2

Qollar: Bell, 3, Öztunalı, 11

 

“Bavariya” – “Hamburq” - 8:0

Qollar: Vidal, 17, Levandovski, 24, 42, 54, Alaba, 56, Koman, 65, 69, Robben, 87
 

“Leyptsiq” – “Köln” - 3:1

Qollar: Forsberq, 5, Maroh, 34 (öz qapısına), Verner, 61 - Osaka, 53
 

“Frayburq” – “Borussiya” D - 0:3

Qollar: Sokratis, 13, Obameyanq, 55, 70
 

“Darmştadt” – “Auqsburq” - 1:2

Qollar: Heller, 47 - Verhaye, 55 (pen.), Bobadila, 85
 

“Herta” – “Ayntraxt” – 2:0

Qollar: İbişeviç, 52. Darida, 83.

 

“İnqolştadt” – “Borussiya” M. – 0:2

Qollar: Ştindl, 61. Han, 90+1.

 

“Şalke” – “Hoffenhaym” – 1:1

Qollar: Şöpf, 6 - Rudi, 79

 

Azad Rəfi