• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1415
— 27.02.2017 13:47

İtaliya A seriyasında 26-cı turun oyunları keçirilir

Turun ilk oyununda “Napoli” gözlənilmədən evdə “Atalanta”ya uduzub. Bu mövsüm uğurlu çıxışla diqqət çəkən sonuncular Neapol səfərində iki cavabsız qolla qələbə qazanıblar. Mattia Kaldara hər hissədə vurduğu bir qol “Atalanta”nın hesabına növbəti 3 xal əlavə edib. 

Günün digər oyununda isə çempionatın lideri “Yuventus” evdə “Empoli”ni 2:0 hesabıyla məğlub edib. Massimiliano Aleqri bu oyunda Canluici Buffon da daxil olmaqla əsas heyətin bir neçə üzvünə istirahət etmək imkanı versə də, meydana çıxan digər futbolçular etimadı doğruldublar. Fasilədən sonra rəqibin müqavimətini qıran qoca sinyora Mario Manjukiçin sayəsində quru hesabı dəyişib. Daha doğrusu onun zərbəsindən sonra topu dəf etməyə çalışan Lukaş Skorupski yumşaq mərimini tora salıb. 65-ci dəqiqədə polşalı qapıçı daha bir top buraxıb. O, bu dəfə Aleks Sandorunun zərbəsi qarşısında aciz qalıb.

A seriyasında turun mərkəzi oyununda Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “İnter” çempionluğu hədəfləyən “Roma”nı qəbul edib. Gərgin keçən oyunda 3:1 hesabıyla qalib gələn "canavarlar" lider "Yuve"ni özündən aralanmağa qoymayıb. İlk yarıda qonaqları hesabda irəli çıxaran Radja Nainqqolan fasilədən sonra ikinci dəfə fərqlənməklə dubl müəllifi olub. Oyunun 10 dəqiqəsində isə tərəflər hərəyə bir qol vurublar. Öncə Mauro İkardi ev sahibləri adına fərqi azaladaraq komandasını bərabərlik üçün ümidləndirib. Amma qarşı tərəfdən Perotti 11 metrlik cərimə zərbəsində yenidən iki topluq fərqi bərpa edib.

“Milan” “Sassuolo” səfərində minimal hesablı qələbəyə sevinib. Rossonyerlər Karlos Bakkanın pelantidən vurduğu qolla qələbə qazanıblar.

İtaliya A seriyası, 26-cı tur

Napoli - Atalanta 0:2

Qol: Kaldara, 28; 70.

Yuventus - Empoli 2:0

Qol: Mancukiç, 52. Aleks Sandro, 65. 

Palermo - Sampdoriya 1:1

Qol: Nestorovski, 31-pen - Qualyarella, 90.

Kyevo - Peskara 2:0

Qol: Birsa, 12. Kastro, 61.

Krotone - Kalyari 1:2

Qol: Stoyan, 10 - Joao Pedro, 32. Boryello, 69.

Cenoa - Bolonya 1:1

Qol: Ntçam, 90+4 - Viviani, 57. 

Qırmızı vərəqə: Torosidis, 75 (Bolonya). 

Latsio - Udineze 1:0

Qol: İmmobile, 72-pen.

Sassuolo - Milan 0:1

Qol: Bakka, 22-pen.

İnter - Roma 1:3

Qol: İkardi, 81 - Nainqqolan, 12; 56. Perotti, 86-pen.  

Fiorentina - Torino

Azad Rəfi