• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1943
— 27.02.2017 13:46

Bolqarıstandan 1 gümüş medalla

Azərbaycanın qadın boksçusu Anna Əlimərdanova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 68-ci beynəlxalq "Stranca" turnirində gümüş medala sahib olub. 54 kq çəki dərəcəsində rinqə çıxan idmançı finalda yerli dəri əlcək ustasına uduzaraq yarışı ikinci sırada tamamlayıb.

Qeyd edək ki, Anna Əlimərdanova "Stranca" turnirində Azərbaycanın yeganə xanım təmsilçisi olub. 9 kişi boksçudan ən yaxşı nəticəni isə 1/4 finaladək irəliləyə bilən Tayfur Əliyev (56 kq) və Vüsal Verdiyev (60 kq) göstərib.  Turnirə ümumilikdə 41 ölkədən 277 boksçu qatılıb.

Orxan Cəfərzadə