Samuxda Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilən silsilə tədbirlər keçirilir. Məktəblilərin Xocalıya həsr etdiyi rəsm əsərlərinə nümayiş olunub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən soyqırım bəşər tarixinin qanlı səhifələrindən biri kimi səciyyələndirilib. Xocalıda yüzlərlə insanın qətlə yetirilməsi və girov götürülərək işgəncələrə məruz qalması insanlıq əleyhinə hərəkət kimi səciyyələndirilib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qanlı faciəyə hüquqi-siyasi qiymət verildiyi vurğulanıb. Tədbirdə şagirdlər Xocalıya həsr olunan şeirlər ifa ediblər.
Xocalı qurbanlarının xatirəsi Şəmkirdə şəhidlər abidə kompleksi önünə anılıb. Torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda canından keçən vətən oğullarının məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Anım tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kompaniyasının ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında oynadığı rol təqdir edilib. Rayon ictimaiyyəti tərəfindən hadisə şəhidlərinin xatirəsinə yeni ağaclar əkilib.
Məcburi köçkün həyatı yaşayan kəlbəcərlilər də 25 il öncə Xocalıda ermənilərin törətdikləri insanlığa sığmayan vəhşilikləri pisləyib. Soyqırım qurbanlarının xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğu, hər il bu dəhşətli faciə ilə bağlı Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində də anım tədbirlərinin və aksiyaların təşkilinə diqqət çəkilib. “Xocalıya ədalət!” şüarı altında rayon məktəbliləri “Xocalım” adlı ədəbi- bədii kompazisiya ilə çıxış edib.
Natiq Hüseyn
- Baxış: 503