KepezTV Player
Gəncəli sərbəst güləşçilər Bakıda gənclər arasında keçirilən Azərbaycan birinciliyində 2 mükafat qazanıblar. Hər iki medalın əyarı bürünc olub. İlk olaraq xalça üzərinə çıxan 60 kq-da Babək Hüseynov fəxri kürsüdə yer alıb. Hüseynov bürünc medal uğrunda görüşdə bərdəli rəqibini üstələyərək üçüncü yerə çıxıb. Nizami yurdunu paytaxtda təmsil edən Əhliman Quliyev də mükafatçılar sırasına düşməyi bacarıb. 84 kq çəkidə güləşən gənc pəhləvan finala gedən yolda uduzsa da, rəqibinin həlledici görüşə yüksəlməsi ona bürünc qazanmaq şansı yaradıb. Quliyev isə bu fürsəti maksimum dəyərləndirib və Bakıdan olan həmkarını məğlub etməklə yarışı üçüncü sırada tamamlayıb.
Orxan Cəfərzadə
- Baxış: 567