Goranboyun Aşağı Ağcakənd qəsəbəsində Xocalı və Bakı məktəbliləri arasında görüş olub. Soyqırımın 25-ci ildönümü ərəfəsində biraraya gələn şagirdlər faciə barədə hadisə şahidlərinin dilindən eşidiblər. Xocalı soyqırımının gənc nəsilə ötürülməsi, xalqımızın başına gətirilənləri geniş arealda tanıdılması, yeniyetmələrə, gənclərə aşılanmasının əhəmiyyəti qabardılıb. Diqqət çəkən məqam məktəblilərin baş verənlər barədə məlumatlı olması və düşmənə nifrət ruhunda böyüməsi olub. Görüş zamanı Xocalı məktəblilərinin də Bakıya analoji səfər etməsi təklif edilib. Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan məcburi köçkünlərin həyat şəraiti və təhsil imkanları ilə tanış olan paytaxt şagirdləri ədəbi bədii kompozisiya da nümayiş etdiriblər.
Qulu Quliyev- Bakı məktəblisi: “Bu gün burda olmaq bizi həqiqətən qəlbdən sevindirir. Biri var Bakıda bu tədbiri keçirmək, biri də var Xocalıların qarşısında keçirmək. Tədbirdə xocalıların gözlərinə baxanda bir ümid gördüm. Xocalı faciəsi ilə bağlı bizə göstərilməyən o qədər qanlı hadisələr var ki, bunu da səhnələşdirib onların qarşısına çıxanda hadisələri daha yaxşı başa düşdüm”.
Məxmər Eyvazlı- Xocalı məktəblisi: “Mən bir Xocalı sakini olaraq bu faciəni heç bir vaxt unutmuruq, buna da haqqımız yoxdur. Bizim ailə də çox şəhidlər verib. Ermənilər tərəfindən girov götürülən 1275 əsir arasında mənim babam da olub. Ona orada ağır işgəncələr verilib. Biz çalışırq ki, bu faciəni biz yaşadaraq gənc nəsillərə də ötürək”.
Lamiyyə Qarayeva- Xocalı RİN başçısını müavini: “Mən ümid edirəm ki, bu məktəblərdə həyata keçirəcəyimiz layihələri daha yüksək şəkildə qeyd edəcəyik. İstər təhsil, istərsə də ictiami sahədə böyük uğurlar əldə edəcəyik. Ümid edirəm ki, bizim əməkdaşlarımızın il dönümünü öz doğma Qarabağ torpaqlarında, Xocalıda qeyd edək”.
Xaliq Qurbanlı
- Baxış: 841