Amerikanın loqistik şirkəti UPS yük maşınları üzərindən buraxılan və kiçik bağlamaları təyinatı üzrə daşıyan dron sistemi işləyib hazırlayıb. Yeni sistemlə daşınmalar Florida ştatının Tampa şəhərində yerləşən qaragilə təsərrüfat sahəsində həyata keçirilib. UPS sistemi özündə hibrid yük furqonunu birləşdirir ki, onun da damında HorseFly oktokopterinin enməsi və uçması üçün meydança düzəldilib. İdeyaya görə kiçik yüklər birbaşa sifarişçinin evinə çatdırılmalıdır. Furqonun sürücüsü maşını sifariş yerindən bir qədər aralıda saxlayır, daha sonra bağlamanı dronun konteynerinə yerləşdirir və planşet operatorun köməyilə uçan aparatı müştəriyə göndərir. Daha sonra yerinə qayıdan dron furqonun batareyaları hesabına enerjisini bərpa edir. HorseFly oktokopteri özündə maksimum 4,5 kiloqram yük daşıya bilir. Dron avtonomla 30 dəqiqə uçuş etmək qabiliyyətindədir, 70 km/saat isə onun maksimal sürətidir. Uçuş zamanı problem yarandıqda sürücü istənilən vaxt drona geri qayıtmaq əmri verə bilər.
Cavanşir Məmmədzadə
- Baxış: 456