• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 25.02.2017 10:52

Logan yolsuzluq universalı təqdim olundu

Dacia şirkəti Stepway modelləri sırasına Logan universalının ofroud versiyasını təqdim edib. Avtomobilin klirensi 50 millimetr artaraq 174 mm-ə çatdırılıb. Kuzov isə rəngsiz plastik işləmələr əldə edib. Plastik elementlər təkər tağlarında da peyda olub, ön bamperlər isə metaldandır. Yeniliyin daha bir özəlliyi oturacaqlarında Sandero Stepway stilində 3D effektlərdir. Qalan şeylərdə “Loqan” yolsuzluq avtomobili feyslift universalını təkrarlayır. Avropada model ən üst Laureate komplektasiyasında təklif olunacaq. Buraya naviqasiyalı multimedia sistemi, kondisioner, qismən dəri salon, parkinq sensorları olan arxa görünüşü qeydə alan kamera və dağa çıxmağa yardımçı olan sistem daxildir. Motor qammasında 90 at güclü benzin və eyni güclü dizel aqreqatlarını görmək olar. Hər iki mühərrik 5 pilləli mexaniki sürət qutusu ilə vəhdət təşkil edir.

Cavanşir Məmmədzadə