Rayonun eyniadlı komandası doğma divarlar önündə “Zaqatala”nı qəbul edib. Turnir cədvəlində üst pillələrdə yer alan tərəflərin qarşılaşması iddialı komandaların görüşə xas tərzdə keçib. Hesabın açılmadığı ilk yarıdan fərqli fasilədən sonra qapılara 3 qol vurulub. Oyunda sükut 46-cı dəqiqədə pozulub. Mehdan sahiblərinin futbolçusu cərimə meydançasında kobudluqla dayandırıldığından hakim ağ nöqtəni göstərib. Topun arxasına keçən “Şəmkir”in kapitanı Qeyrət Qənbərov penaltini dəqiq yerinə yetirib. Bu qoldan daha da ruhlanan ev sahibləri bir qədər keçmiş ikinci topu rəqib qapısından keçiriblər. “Qırmızı-ağlar”ın qış transfer pəncərəsində heyətinə qatdığı hücumçu Fərmayıl Əliyev hesab arasındakı fərqi artırıb. Məğlub olmaq istəməyən qonaqlar qalan vaxtda hücuma atılsalar da, yalnız təsəlli qolu ilə kifayətləniblər. Matçın 80-ci dəqiqəsində Emin Mehdiyev fərqlənib - 2:1.
Azad Rəfi
- Baxış: 332