• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1455
— 24.02.2017 16:30

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tərəfindən Gəncədə müşavirə keçirilib

KepezTV Player

Artıq bir aydan çoxdur ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC təhsil müəssisələri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, hərbi hissələr və digər dövlət obyektlərinin ərzaqla təchizatını həyata keçirir. Bu təchizatın səviyyəsini öyrənmək və bölgələrdə yerli məhsulların tədarük potensialını yaratmaq məqsədi ilə yerlərdə müşavirələr keçirilir. Belə tədbirlərdən biri də Qərb bölgəsinin fermer və satınalan təşkilatlarının iştirakı ilə Gəncədə baş tutub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq yaradılan , “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin hazırda 12 regionda struktur bölmələri , 46 rayonda isə dayaq məntəqələri yaradılıb. Cəmiyyətin yaradılmasında əsas hədəf aqrar sektorda tədarük zəncirinin formalaşdırılması, fermerlərin istehsal etdikləri məhsullarının tədarük olunması, eləcə də satınalan müəssisələrin təchizat səviyyəsinin yüksəldilməsidir.

Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC "tedaruk.az" portalı vasitəsi ilə xidmət göstərir və satınalan təşkilatları ərzaqla əsasən yerli istehsal hesabına təmin edir. Bu da ölkədə fəaliyyət göstərən fermerlərin işini asanlaşdırır.

Fermer və satınalan təşkilatlarla bu cür görüşlərin keçirilməsi mövcud problemlərin yerində öyrənilərək həlli, kənd təsərrüfatı istehsalçıları ilə ünsiyyətin asanlaşdırılması, o cümlədən tedaruk.az portalından istifadə qaydalarının izahı məqsədi daşıyır.

Cəmiyyətin Gəncə- Samux Regional Bölməsinə Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux, Goranboy, Tərtər, Xocalı, Kəlbəcər rayonları daxildir. Hazırda bu bölmə üzrə 278 satınalan təşkilat ərzaq məhsulları ilə təmin edilir.

 

Gülnar Fazilqızı