• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1864
— 24.02.2017 13:11

Çamadanın qulpundan narkotik vasitələr çıxdı

KepezTV Player

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. İdarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Elvin İsmayılovun çamadanı rentgen yük-yoxlama qurğusundan keçirilən zaman monitorda çamadanın metal tutacağının içərisində şübhəli predmetlərin təsviri görünüb. Təkrar baxış nəticəsində isə şübhəli predmetlərin psixotrop maddə və narkotik vasitələr olduğu müəyyən edilib. Gömrük əməkdaşları çamadanın metal tutacağının içərisində 8 ədəd bükümdə çəkisi 102 qram olan metamfetamin, 2 ədəd bükümdə 11 qram qurudulmuş marixuana, 2 ədəd bükümdə xalis çəkisi 37 qram olan tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 15 qram olan həşiş qətranını aşkara çıxarıblar. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı