• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1881
— 24.02.2017 13:02

Fındıq bağları yandı

KepezTV Player

Zaqatalada fındıq bağlarında yanğın olub. Hadisə rayonun Muğanlı və Qandax kənd inzibati ərazilərində kənd bələdiyyəsinə məxsus yeni salınmış bağlarda qeydə alınıb. Hər iki hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Muğanlı kəndindəki yanğın nəticəsində 4 hektar ərazidə əkilmiş 400-ə yaxın fındıq tingindən 100-ü, Qandax kəndində isə 2 hektar ərazidə əkilən 200 fındıq tingi yanıb. Alovun genişlənərək digər sahələrə keçməsinin qarşısı alınıb.Faktla bağlı araşdırma aparılır.
 

Zülfiyyə Telmanqızı