• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2542
— 24.02.2017 13:08

Qadın satıcı müştərini bıçaqladı

KepezTV Player

Paytaxtın Xəzər rayonunda qadın satıcı müştərinin sağlamlığına qənim kəsilib. Qanlı hadisə Binə qəsəbəsi Südçülük savxozu adlanan ərazidə yerləşən marketdə baş verib. Mağazaya müştəri kimi daxil olan 43 yaşlı Yalçın Ağaverdiyevlə satıcı qadın arasında mübahisə düşüb. Elə bu zaman satıcı kişini bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb və dərhal əməliyyat olunub. Həkimlər Yalçın Ağaverdiyevin qarın nahiyyəsində bıçaq xəsarətinin olduğunu bildiriblər. Hadisə barədə Xəzər rayon polis idarəsinə məlumat verilib. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.

 

Zülfiyyə Telmanqızı