• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1662
— 24.02.2017 13:07

Borussiya Münhenqladbax inanılmazı gerçəkləşdirərək mərhələ adladı

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmaları oynanılıb. Növbəti oyun günü daha 13 görüş baş tutub. İlk başlayan oyunda Osmanlıspor evdə Olimpiakosla üz-üzə gəlib. Birinci görüşdə səfərdə 0:0 hesablı sülh bağlayan türklər doğma meydanda 3 cavabsız qolla məğlub olublar. Hər 3 top ikinci yarıya təsadüf edib. Yunanlar 47-ci dəqiqədə Karim Ansarifardla hesabı açıblar. 70-ci dəqiqədə ankaralılar ikinci dəfə oyuna mərkəzdən başlamalı olublar.  Qonaqların heyətində Tarik Elyunussi yerli azarkeşlərin kefini pozub. Növbəti qol 86-cı dəqiqədə vurulub. Ansarifard dubl edərək oyunda son nöqtəni qoyub.

Turnirdə mübarizə aparan digər türk klubu Beşiktaş da rəqibini doğma meydanda qəbul edib. Apoel Şevayla səfərdəki görüşdə sərfəli nəticə qazanaraq üstünlük əldə edən qara qartal cavab qarşılaşmasında da qalib gəlib. 17-ci dəqiqə istanbullulardan Abubakar sükutu pozub. 64-cü dəqiqədə qonaqlar hesabı bərabərləşdiriblər. Nvakaeme görüşdə tarazlıq yaradıb. Ancaq oyunun sonuna yaxın ağ-qaralar Cenk Tosunla qələbə topunu vura biliblər. Beləliklə iki qarşılaşmanın nəticəsinə görə Beşiktaş növbəti mərhələ adlayıb.

Gecənin maraqlı görüşlərindən birində Roma İtaliyada Vilyarealla qarşılaşıb. İspaniyadakı birinci oyunda rəqibinə böyükhesabla uduzan prineylilər səfərdə bunun revanşını alıblar. 16-cı dəqiqədə Borrenin qolu Vilyareala 1:0 qələbə qazandırıb. Görüşdə sonuncu yaddaqalan hadisə Meydan sahiblərindən Ryudigerin qırmızı vərəqə alması olub. Roma bu oyunda məğlub olsa da, ilk qarşılaşmadakı 4:0-lıq qalibiyyət canavarları 1/8 finala yüksəldib.   

Qarabağın qrupdakı rəqibi Fiorentina isə avroliqayla vidalaşıb. Borussiya Münhenqladbaxla Almaniyadakı oyunda minimal hesabla qalib gələn florensiyalılar evdə 2:4 uduzub. Halbuki qarşılaşmanın əvvəli meydan sahibləri üçün yaxşı başlayıb. Oyunda ilk qolu 16-cı dəqiqədə Nikola Kaliniç vuraraq yerli azarkeşləri ayağa qaldırıb. 29-cu dəqiqədə itlayanlar növbəti topu rəqib qapısından keçirib. Bu dəfə Valero diqqətləri üzərinə cəlb edib. Lakin bundan sonra var gücünü ortaya qoyan qonaqlar möhtəşəm dönüş yaradaraq oyunun axarını xeyrinə dəyişib. 44, 47 və 55-ci dəqiqələrdə 3 dəfə fərqlənərək het-trikə imza atan Lars Ştindl hesabı 3:3 edib. Münhenqladbaxlıların əzmkarlığı qalibiyyət topunu da vurmağa çatıb. 60-cı dəqiqədə sağ cinah asmasını Andreas Kristensen başıyla tora salaraq komandasına 4:3 qələbə qazandırıb və almanların növbəti mərhələyə vəsiqə əldə etməsində rol oynayıb. 

 

Avropa Liqası

1/16 final mərhləsi, cavab oyunları

23 fevral

 

“Osmanlıspor” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) - 0:3

Qollar: Ansarifard, 49, 86, Elyunusi, 70

İlk oyun – 0:0

 

“Ayaks” (Hollandiya) – “Legiya” (Polşa) - 1:0

Qol: Virgever, 49

İlk oyun – 0:0

 

APOEL (Kipr) – “Atletik” (İspaniya) - 2:0

Qollar: Soteriu, 46, Ciannotas, 54

İlk oyun – 2:3

 

“Roma” (İtaliya) – “Vilyarreal” (İspaniya) - 0:1

Qol: Borre, 16

İlk oyun – 4:0

 

“Beşiktaş” (Türkiyə) – “Hapoel” (Beer-Şeva, İsrail) - 2:1

Qollar: Abubakar, 17, Cenk, 87 - Nukaeme, 64

İlk oyun – 3:1

 

“Zenit” (Rusiya) – “Anderlext” (Belçika) - 3:1

Qollar: Juliano, 24, 78, Dzüba, 72 - Telin, 90

İlk oyun – 0:2

 

“Kopenhagen” (Danimarka) – “Ludoqorets” (Bolqarıstan) - 0:0

İlk oyun – 2:1

 

“Fiorentina” (İtaliya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - 2:4

Qollar: Kaliniç, 16, Valero, 29 - Stindl, 44, 47, 55, Kristensen, 60

İlk oyun – 1:0

 

“Genk” (Belçika) – “Astra” (Rumıniya) - 1:0

Qol: Pozuelo, 67

İlk oyun – 2:2

 

“Lion” (Fransa) – “Alkmaar” (Hollandiya) - 7:1

Qollar: Fekir, 5, 27, 78, Kornet, 17, Darder, 34, Aua, 87, Diaxabi, 89

İlk oyun – 4:1

 

“Şaxtyor” (Ukrayna) – “Selta” (İspaniya) - 0:2

Qollar: Aspas, 90 (pen.); Kabral, 108

İlk oyun – 1:0

 

“Sparta” (Çexiya) – “Rostov” (Rusiya) - 1:1

Qollar: Karavaev, 84 - Poloz, 13

İlk oyun – 0:4

 

“Tottenhem” (İngiltərə) – “Gent” (Belçika) - 2:2

Qollar: Eriksen, 10, Vanyama, 61 - Keyn, 20 (öz qapısına), Perbet, 82

İlk oyun – 0:1

 

 

Orxan Cəfərzadə