• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2379
— 24.02.2017 13:10

Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək

Püşk nəticəsində mübarizəni davam etdirən Türkiyənin yeganə təmsilçisi "Beşiktaş"ın da rəqibi müəyyənləşəcək. Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbir zamanı 16 komanda reytinqindən və təmsil etdikləri ölkədən asılı olmayaraq, eyni səbətdə yer alacaqlar.

Qeyd edək ki, püşk nəticəsində adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər. 1/8 final matçları martın 9-da və 16-da reallaşacaq. 

 

Püşkatmada iştirak edən komandalar bunlardır:

 

"Ayaks" (Hollandiya)

"Anderlext" (Belçika)

APOEL (Kipr)

"Beşiktaş" (Türkiyə)

"Selta" (İspaniya)

"Genk" (Belçika)

"Gent" (Belçika)

"Kopenhagen" (Danimarka)

"Krasnodar" (Rusiya)

"Lion" (Fransa)

"Mançester Yunayted" (İngiltərə)

"Borussiya" (Mönxenqladbax, Almaniya)

"Olimpiakos" (Yunanıstan)

"Roma" (İtaliya)

"Rostov" (Rusiya)

"Şalke" (Almaniya)

 

 

 

Orxan Cəfərzadə