Ağır yol qəzaları barədə xəbər bununla bitmir. 3 avtomobilin toqquşması ilə 3 nəfər sağlamlığını itirdi. Bundan başqa, 2 piyada yolu keçdiyinə peşman oldu.
Şəkidə ağır yol qəzası olub. Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 129-cu km-də, rayonun Oraba kəndi yaxınlığında Sumqayıt şəhər sakini Şahin Ağayevin idarə etdiyi "Ford Tranzit" markalı yük maşını, "VAZ 21011" və Şəkinin Zəyzid kənd sakini Mahir Salehovun sükanı arxasında olduğu avtomobil toqquşub. Yük maşını aşıb, "VAZ" isə iki hissəyə parçalanıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Abşeron rayonunda, Məhəmmədi-Kürdəxanı yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Məhəmmədi kəndi ərazisində 29 yaşlı Vüsalə Əhmədovanı avtomobil vurub. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Tibbi yardımdan sonra şəxs müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır. Hadisəni törədən sürücünün ifadəsi alınıb. Samuxda da piyadavurma hadisəsi qeydə alınıb. Kolayır kənd sakini, 15 yaşlı Nizami Surxayev müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yaralıya tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Zülfiyyə Telmanqızı
- Baxış: 553