• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2075
— 23.02.2017 16:42

Ölkədə sənayenin elmlə vəhdətdə olması texnoparkların yaradılmasını stimullaşdırır

KepezTV Player

Sənayenin inkişafı elmlə birgə fəaliyyətdən asılıdır. Hazırda ölkədə bu sahədə innovativ addımlar atılır. Bu birgə işin genişlənməsi texnoparkların da yaranmasına bir stimuldur.

Hazırda ölkədə rəqabət qabiliyyətli, ixrac yönümlü məhsulların istehsalının artırılması prioritet olaraq seçilib. Bu da bilavasitə elmi yeniliklərin istehsalata tətbiqi ilə mümkündür. Ancaq bu elmi yeniliklərin istehsala tətbiq üçün kommersiyalaşma səviyyəsi aşağıdır.

Səbuhi Yusifov- ATU-nun prorektoru: “Elmlə sənayenin bir araya gətirəcək platformanın qurulmasına ehtiyac var. Xüsusilə universitetlərdə aparılan elmi- tədqiqat işlərinin sənaye müəssisələri tərəfindən stimullaşdırılması onların sponsor qismində çıxış etməsi xüsusilə də sifariş vermələri böyük əhəmiyyət kəsb edir. Həm müəssisələr tərəfindən maariflənmə fəaliyyəti aparılmalıdır, həm də ali təhsil müəssisələri tərəfindən. Gələcəkdə bu tip fəaliyyətlər texnoparkların yaranmasına gətirib çıxara bilər”.

"XXI əsr elm-sənaye əlaqələri:nəticələr və perspektivlər" adlı elmi praktik seminarda elm adamları yeni ideyalarını Det-Al Alüminium Kompleksi ilə birgə realizəyə dəvət edilib.

Cəmil Səfərov- "Det-Al" Alüminium Kompleksinin direktoru: “Azərbaycanda istehsalımız da var, istehsalçımız da var, elmimiz də, elm adamımız da var. Sadəcə olaraq bunlar bir- birinə daha isti münasibət göstərib, qarşılıqlı addımlar atsalar nəticələrimiz daha böyük, daha uğurlu olar. Mən bunun tərəfdarıyam”.


Azərbaycan Texnologiya Universiteti "Müştəriyə yönəlmə proqramı" çərçivəsində Gəncədə fəaliyyət göstərən 10-a yaxın istehsal müəssisəsi ilə birgə çalışır. Elmi- tədqiqat işlərini məhz həmin müəssisələrin işini optimallaşdırmaq və alınan məhsulun keyfiyyətini yüksəltmək üzərində qurur.

Jalə Qurbanova