• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2165
— 23.02.2017 14:02

ANAMA sursat tapdı

ANAMA tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 ev və çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib. 428 ədəd qəlpə, 6 ədəd partlamış ″Qrad″ raketinin mühərrik hissəsi və 1 ədəd partlamamış hərbi sursat 93 mm-lik tank əleyhinə idarə olunmayan raket aşkar edilib. Sursatlar zərərsizləşdirilməsi üçün götürülüb. Nəticə etibarilə 113 133 kvadratmetr ərazi yoxlanılıb. 1 sahənin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Zülfiyyə Telmanqızı