• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2182
— 23.02.2017 14:00

57 yaşlı şairə yol qəzasında dünyasını dəyişdi

KepezTV Player

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Ələt-Astara magistralının Liman şəhəri ərazisində qeydə alınıb. Xırdalan şəhər sakini 57 yaşlı Dəstəgül Şəmiyeva yolu keçmək istəyərkən maşın onu vurub. Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qəzanı törədən sürücü isə qaçıb. Baş Dövlət Yol Polisi İdarəsi Yol-Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşları hadisə yerinin müayinəsi zamanı yerdə "VAZ-21099" markalı avtomaşınına aid yan güzgünün qalıqlarını aşkar ediblər, axtarış tədbirlərinə başlayıblar. Qəzanı törətməkdə şübhəli bilinən Masallı rayonunun Musakücə kənd sakini 59 yaşlı Bağır Həsənov saxlanılıb. Mərhum Dəstəgül Şəmiyeva Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olub, Zamanlı təxəllüsü ilə dövrü mətbuatda tez-tez çıxışlar edib. Onun ölümünə səbəb olan qəza ilə bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı