• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2261
— 23.02.2017 11:16

Rusiya şirkəti özünün yenilənmiş hoverbaykını göstərib

Hover Surf adlı Rusiya şirkəti Scorpion 3 hoverbaykını nümayiş etdirib. Uçan motosikl əllə idarə olunan coystiklərlə təchiz olunub. İlk Scorpion ötən ilin yayında təqdim edilmişdi. Göründüyü kimi, hoverbayk funksionaldır və insanı özü ilə daşıyaraq uçmağı bacarır. Ancaq aparat üfüqi uçuşda stabil ola bilməyib, həmçinin qurğunun həqiqətənmi pilot tərəfindən idarə olunduğu aydın görünmür. Scorpionun yeni versiyasında bir sıra problemi aradan qaldırıblar. Hoverbaykın rotorları indi daha yüksək quraşdırılıb, bu da uçuşu asanlaşdırıb. Buna baxmayaraq, aparat müdafiə ekranlarından yenə də məhrum olub və ehtiyatsızlıq ucbatından pilot ciddi xəsarət ala bilər.

Cavanşir Məmmədzadə