• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1599
— 23.02.2017 11:15

Motosikletdən dünyanın ən iri maşınına tullanmaqla rekord qırdı

Rusiyalı Vladimir Yarıqin motosikletlə tramplin vasitəsilə BelAZ 75710 maşınından digərinə tullanmaqla rekorda nail olub. Bu, planetin ən iri yük avtomobilidir. Tullanma 8,75 metr hündürlükdən qeydə alınıb və bu zaman hərəkətdə olan maşınlar arasında məsafə 20 metrə barəbər olub. Adətən bu tip tullanışlar statik strukturlar üstündə yerinə yetirilir. Bu dəfə isə tramplinlər eyni sürətlə gedən BelAZ-a bərkidilib. Qeydə alınan nəticə isə Rusiyanın rekordlar Kitabına düşüb.

Cavanşir Məmmədzadə