
Avstraliyalı aktrisa Marqo Robbi Monako yollarında Nissan BladeGlider elektrokarını sınaqdan keçirib. “İntiharçılar komandası” və “Uoll-strit canavarı” filmlərinin ulduzu yapon brendinin bir qram da tullantı ifraz etməyən avtomobillərinin yeni nümayəndəsi təyin olunub. Şəhərdaxili testlərdən sonra BladeGlider, Qran-pri Monako trassında iştirak edib. Maşının güc sistemi arxa təkərlər üzərində yerləşdirilmiş iki elektrokardan ibarətdir. Maksimal sürət saatda 190 kilometrdir. 100 km/saat sürəti maşın 5 saniyəyə yığır. 4300 mm uzunluğunda olan avtomobilin eni 1850 millimetrdir. Çəkisi təxminən 1300 kiloqramdır.
Cavanşir Məmmədzadə
- Baxış: 427